Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsində Novruz bayramı şənliyi təşkil edilib.
525.az APA-ya istinadən xəbər verir ki, Marneuliyə gələn Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidz bayram münasibəti ilə təşkil edilmiş sərgi pavilionlarına baxış keçiriblər.
Daha sonra Gürcüstanın Prezidenti və Baş naziri bayram münasibəti ilə təşkil edilən Novruz tonqalını alovlandırıblar.