525.Az

Pezeşkian və Paşinyan Azərbaycan-Ermənistan sülh sazişinə dair müzakirə aparıb


 

Pezeşkian və Paşinyan Azərbaycan-Ermənistan sülh sazişinə dair müzakirə aparıb<b style="color:red"></b>

İran Prezidenti Məsud Pezeşkian və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran hökuməti məlumat yayıb.

Məsud Pezeşkian və Nikol Paşinyan Qafqaz regionundakı son prosesləri, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh sazişinə dair məsələləri müzakirə edib.

 





21.03.2025    çap et  çap et