525.Az

Mənsum İbrahimov mükafatlandırıldı


 

Mənsum İbrahimov mükafatlandırıldı<b style="color:red"></b> Xalq artisti Mənsum İbrahimov və tələbəsi Vüsalə Rəcova Türkiyənin Orta Doğu Texnik Universitetində “Azərbaycan xalq musiqisi” adlı konsert proqramı ilə çıxış edib.
 
Lent.az-ın məlumatına görə, Universitetdə təhsil alan tələbələr tərəfindən təşkil edilən konsertə Ankarının müxtəlif ali təhsil ocaqlarından tələbələr qatılıb.
 
Müəllimi ilə eyni səhnəni bölüşən  V.Rəcova Lent.az-a bildirib ki, ifaları maraqla qarşılanıb: 

“Mənsum müəllim konsertdə birgə çıxış etmək üçün tələbələrindən məni məsləhət gördü. İfalarımız ayrı-ayrılıqda və duet şəklində oldu. “Sarı gəlin” və “Heydər Babaya salam” ı birlikdə səsləndirdik. Konsertdə hər çıxışımız alqışlarla qarşıladı. Mənsum müəllim və dəyərli musiqiçilərlə bir səhnəni bölüşmək mənim üçün fəxrdir. Bu cür çıxışlarımız davamlı olacaq”.
 
Qeyd edək ki, hər iki ifaçını tarda əməkdar artistlər Elçin Həşimov və kamançada Elnur Əhmədov, nağarada isə Siyavuş Kərimov müşayiət edib. Tədbirin sonunda musiqiçilərə fəxri diplomlar təqdim edilib.
 





08.12.2014    çap et  çap et