525.Az

BMT Baş katibi dünya ictimaiyyətini Novruz bayramı münasibətilə təbrik edib


 

BMT Baş katibi dünya ictimaiyyətini Novruz bayramı münasibətilə təbrik edib<b style="color:red"></b>

BMT-nin Baş katibi Antoniu Quterriş dünya ictimaiyyətini Novruz bayramı münasibətilə təbrik edib.

525.az “Report” a istinadən xəbər verir ki, təbrik Baş katibin “X” sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

“Novruz yeni başlanğıcları, təbiətin dirçəlişini, ümidi və yazın gəlişini simvolizə edir. Münaqişələrin, parçalanmaların və çəkişmələrin yaşandığı dünyamızda Novruz ruhu qiymətli hədiyyədir. Qoy bu Novruz hamıya sülh, cansağlığı və xoşbəxtlik gətirsin”, - o yazıb.

 





21.03.2025    çap et  çap et