525.Az

Niderland ordusunun şəxsi heyətinin sayını 200 minə çatdırmağı planlaşdırır


 

Niderland ordusunun şəxsi heyətinin sayını 200 minə çatdırmağı planlaşdırır<b style="color:red"></b>

Niderland ehtiyat imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetirməklə ordusunun şəxsi heyətinin sayını 74 mindən 200 minə çatdırmağı planlaşdırır.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi Niderlandın NOS ictimai teleşirkətinə istinadən məlumat yayıb.

Bununla belə, NOS bu məqsədə nail olmaq üçün vaxt çərçivəsi göstərməyib.

Niderland hökumətinin məlumatına görə, ölkə ordusu hazırda 42 305 peşəkar hərbçi, 24 212 həqiqi hərbi qulluqçu və 7 483 ehtiyatda olan hərbçidən ibarətdir.

 





21.03.2025    çap et  çap et