525.Az

Azərbaycan Özbəkistana birbaşa investisiyalarını 4 dəfə artırıb


 

Azərbaycan Özbəkistana birbaşa investisiyalarını 4 dəfə artırıb<b style="color:red"></b>

Ötən il Azərbaycandan Özbəkistan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi 93,108 milyon ABŞ dolları təşkil edib.

525.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, birbaşa investisiyaların həcmi bir il ərzində 4 dəfə və ya 69,868 milyon ABŞ dolları artıb.

Azərbaycanın birbaşa xarici investisiyalarının ümumi həcmində Özbəkistanın payı 5,8 % təşkil edir.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan digər ölkələrin iqtisadiyyatlarına birbaşa xarici investisiyalar 1,762 milyard ABŞ dolları (-43,5 %) təşkil edib.

2023-cü ildə Azərbaycandan Özbəkistana birbaşa xarici investisiyaların həcmi 23,239 milyon ABŞ dolları, Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların ümumi həcmi isə 3,117 milyard ABŞ dolları təşkil edib.

 





21.03.2025    çap et  çap et