525.Az

Azərbaycan millisi Haitiyə böyük hesabla uduzdu


 

Azərbaycan millisi Haitiyə böyük hesabla uduzdu<b style="color:red"></b>

Azərbaycan milli komandası bu gün 2025-ci ildə ilk oyununa çıxıb. 

525.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv yoxlama matçında tarixində ilk dəfə Haiti millisi ilə üz-üzə gəlirb. 

Millimiz rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edib. Bu, Azərbaycan millisinin həmin şəhərdə tarixində ilk oyunu olub. Görüş yığmamızın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Haiti millisi hazırda FİFA reytinqində 86-cı yeri tutur. Azərbaycan yığması isə 117-ci yerdə qərarlaşıb.

Milli komandamız bu matça qədər sonuncu yoxlama oyununu ötən il iyunun 11-də Qazaxıstana qarşı keçirib və 3:2 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, Azərbaycan millisi martın 25-də növbəti yoxlama görüşündə Bakıda Belarusla üz-üzə gələcək.

Yoxlama oyunu

22 mart

21:45. Azərbaycan - Haiti - 0:3 

Qollar: Frantsdi Pyerro, 9, 63, Jan-Jak, 83

Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 84 (Azərbaycan)

Hakimlər: Kadir Sağlam, Deniz Caner Ozaral, Anıl Usta (Türkiyə), Fərid Hacıyev (Azərbayan)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 





22.03.2025    çap et  çap et