525.Az

Pakistanda iki hücum zamanı 8 nəfər öldürülüb


 

Pakistanda iki hücum zamanı 8 nəfər öldürülüb<b style="color:red"></b>

Pakistanda eyni vaxtda iki silahlı hücum olub.

Bu barədə 525.az “Report”a istinadən xəbər verir.

Bəlucistan əyalətinin Kalat rayonunda naməlum silahlı şəxslərin hücumu nəticəsində 4 nəfər həlak olub. Qeyd edilir ki, Nuşki şəhərində patrul avtomobilinin atəşə tutulması nəticəsində 4 polis əməkdaşı həyatını itirib.

Pakistan Prezidenti Asif Əli Zərdari insan tələfatından dərindən kədərləndiyini bildirib və silahsız insanları hədəfə alan terrorçulara qarşı təsirli tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

 





23.03.2025    çap et  çap et