https://525.az/img/pics/medium/2025-04/350143_371zf7paim.jpg "Mən Heydər Əliyevə sonsuz məhəbbət bəslənən bir ailədə böyümüşəm"
https://525.az/img/pics/medium/2024-11/334579_pgps7z3nkz.jpg Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri
https://525.az/img/pics/medium/2023-03/261149_lh9qbcfwzl.jpg Mədəniyyət Tarlamızın fədakar Əkinçisi - Azərbaycan mətbuatı-150
https://525.az/img/pics/medium/2025-04/350115_y0lk3miryt.jpg Yanğına görə yollardakı məhdudiyyət götürüldü
search
21 Aprel 2025
20 Aprel 2025

Piastri Formula 1 Çin Qran Prisinin qalibi olub

Piastri Formula 1 Çin Qran Prisinin qalibi olub

McLaren komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 sinfi üzrə Dünya Avtomobil Yarışı Çempionatının ikinci mərhələsində - Çin Qran Prisində qalib gəlib.

525.az "Report"a istinadən xəbər verir ki, yarış Şanxayda baş tutub.

Onun komanda yoldaşı britaniyalı Lando Norris ikinci yeri tutub. İlk üçlüyü Mercedes komandasının pilotu britaniyalı Corc Rassel tamamlayıb. Əyləc nasazlığı səbəbindən ispaniyalı Fernando Alonso (Aston Martin) yarışı erkən bitirib.

Piastri Formula 1-də üçüncü dəfə qalib olub. Avstraliyalı sürücü ötən mövsüm Macarıstan və Azərbaycanda keçirilən Qran Pri mərhələlərində qalib gəlmişdi.

Qran Prinin növbəti mərhələsi aprelin 4-dən 6-dək Yaponiyada keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.