525.Az

İsrail Qəzzanın cənubunda Tell əs-Sultan rayonunun mühasirəsini tamamlayıb


 

İsrail Qəzzanın cənubunda Tell əs-Sultan rayonunun mühasirəsini tamamlayıb<b style="color:red"></b>

İsrail hərbi qüvvələri Qəzza zolağının cənubunda Rəfah şəhərinin qərbində yerləşən Tell əs-Sultan rayonunu mühasirəyə alıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

“Son saatlarda qoşunlar Rəfahdakı Tell əs-Sultanın mühasirəsini tamamlayıblar. Əməliyyatın məqsədi Qəzzanın cənubunda təhlükəsizlik zonasını genişləndirmək üçün bu bölgədəki terror obyektlərini və terrorçuları məhv etməkdir”, – bəyanatda deyilir.

Tell əs-Sultanın mühasirəsi zamanı gecə ərzində hərbçilər “bir neçə terrorçunu məhv ediblər”, həmçinin “son bir neçə ay ərzində HƏMAS terrorçuları tərəfindən komanda-nəzarət qərargahı kimi istifadə olunmuş obyektə məqsədyönlü basqın keçiriblər”.

 





23.03.2025    çap et  çap et