525.Az

Ukrayna Estoniyadan hərbi məhsullar istəyib


 

Ukrayna Estoniyadan hərbi məhsullar istəyib<b style="color:red"></b>

Ukrayna Estoniyaya Kiyevin Tallinndən alacağına bel bağladığı 100 milyon avro dəyərində hərbi məhsulların siyahısını verib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə ERR məlumat yayıb.

Bildirilib ki, Ukraynanın seçdiyi məhsullar nazirlik tərəfindən təcili olaraq Estoniyanın müdafiə şirkətlərinə sifariş veriləcək. Siyahıya Estoniyada istehsal olunan yerüstü və hava dronları, su nəqliyyat vasitələri və tibbi avadanlıq daxildir.

2024-cü ilin iyun ayında Estoniya və Ukrayna 10 illik ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar. Sənədə əsasən, Tallinn 2024-2027-ci illər ərzində hər il ÜDM-in azı 0,25 %-ni Kiyevə hərbi yardım olaraq ayıracaq.

 





23.03.2025    çap et  çap et