Ermənistan Parlamentinin Avropaya İnteqrasiya üzrə Komissiyası ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanmasına dair qanun layihəsini ikinci oxunuşda müzakirəyə qərar verib.
525.az "Armenia Today” saytına istinadən xəbər verir ki, layihənin plenar iclasların birində müzakirə ediləcəyi bildirilib.
Qeyd edək ki, yanvarın 9-da Ermənistanın Nazirlər Kabineti Aİ-yə üzvlük prosesinin başlaması ilə əlaqədar qanun layihəsini qəbul edib. Fevralın 12-də sənəd birinci oxunuşda təsdiqlənib.
Layihənin 4 mart tarixinə nəzərdə tutulan ikinci oxunuşunun texniki səbəblərdən təxirə salındığı bildirilmişdi (APA).