525.Az

Azərbaycan gimnastları Portuqaliyada qızıl medal qazanıblar


 

Azərbaycan gimnastları Portuqaliyada qızıl medal qazanıblar<b style="color:red"></b>

Azərbaycan gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Portuqaliyanın Kantanhede şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya Kubokunda qızıl medal qazanıblar.

525.az xəbər verir ki, bu barədə Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qarışıq cütlük 19.350 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 





24.03.2025    çap et  çap et