525.Az

Rusiyada “Qarınqulu ayı balası” tamaşasının premyerası keçirilib


 

Rusiyada “Qarınqulu ayı balası” tamaşasının premyerası keçirilib<b style="color:red"></b>

Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Novıy Urenqoy şəhərində yerləşən “Sinyaya Ptitsa” uşaq teatrında azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanın premyerası keçirilib.

525.az xəbər verir ki, balaca aktyorların ifasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru teatrın rəhbəri Natalia Ermilovadır.

Qeyd edək ki, “Qarınqulu ayı balası” pyesi ötən il Ulyanovsk vilayətinin “Karabaz-Barabaz” Böyük Kuklalar Teatrında, eləcə də Bryansk vilayətinin Mqlin şəhər 2 nömrəli orta məktəb “Kolobok” Kukla Teatrında səhnələşdirilərək uşaqlara təqdim olunub (AZƏRTAC).

 





24.03.2025    çap et  çap et