525.Az

Türk hakim milli komandaların oyununu yarımçıq tərk etdi


 

Türk hakim milli komandaların oyununu yarımçıq tərk etdi<b style="color:red"></b>

UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab görüşlərində İrlandiya - Bolqarıstan matçının (2:1) hakimi oyunu yarımçıq tərk edib. 

525.az QOL.az a istinadən xəbər verir ki, türk referi Halil Umut Meler görüşün 37-ci dəqiqəsində zədələnib. O, müalicədən sonra oyunu davam etdirə bilib. Lakin fasilə zamanı soyunub-geyinmə otağına gedən Meler ilk hissədə aldığı zədə səbəbindən daha sonra matçı idarə edə bilməyib. 

Qeyd edək ki, Matçın ikinci hissəsinə onu 4-cü hakim Mehmet Türkmen əvəz edib. 

 





24.03.2025    çap et  çap et