525.Az

Danimarka ABŞ-nin ikinci xanımının gəlişi üçün Qrenlandiyada təhlükəsizlik tədbirlərini gücləndirəcək


 

Danimarka ABŞ-nin ikinci xanımının gəlişi üçün Qrenlandiyada təhlükəsizlik tədbirlərini gücləndirəcək<b style="color:red"></b>

Danimarka hakimiyyəti ABŞ vitse-prezidentinin həyat yoldaşı Uşa Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyətinin səfəri ərəfəsində Qrenlandiyada yüksək təhlükəsizlik tədbirləri görür.

525.az bu barədə “Report” a istinadən xəbər verir.

Danimarka polisinin məlumatına görə, adaya əlavə polis bölmələri və axtarış itləri göndərilib. Ezam edilmiş polis əməkdaşlarının sayı bildirilmir. Yerli KİV-lərin məlumatına görə, söhbət onlarla polis əməkdaşından gedir.

ABŞ-nin ikinci xanımı adaya martın 27-də gedəcək və səfərini martın 29-da başa vuracaq. O, tarixi yerləri ziyarət etməyi və yerli mədəni irslərlə tanış olmağı planlaşdırır.

Daha əvvəl Qrenlandiyanın Baş naziri Mute Eqede ABŞ-nin ikinci xanımının gözlənilən səfərindən narazılığını ifadə edib.

 





24.03.2025    çap et  çap et