525.Az

Azərbaycanın gənc cüdoçuları beynəlxalq təlim-məşq toplanışına qatılıblar


 

Azərbaycanın gənc cüdoçuları beynəlxalq təlim-məşq toplanışına qatılıblar<b style="color:red"></b>

Azərbaycanın gənc cüdoçulardan ibarət yığmasının 15 üzvü Almaniyanın Bremen şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

525.az xəbər verir ki, bu barədə Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Toplanış qarşıdakı beynəlxalq turnirlərə hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, martın 24-də startı verilən hazırlıq prosesi 26-na qədər davam edəcək.

 





25.03.2025    çap et  çap et