Azərbaycan Pakistana qoymaq istədiyi 2 milyard ABŞ dolları investisiyanın bir hissəsi bu ölkənin yol infrastrukturunun inkişafına yönəldiləcək.
525.az bu barədə “Report” a istinadən xəbər verir.
Məlumata görə, həmin vəsaitlə Pakistanın Sind əyalətinin Manqopir və Karaçi şəhərlərini birləşdirən avtomagistral tikiləcək. Həmçinin, Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində Pakistandakı Sukkur-Heydərabad avtomagistralının inşasına da investisiya qoya bilər.
Bank fevralda bölgəyə araşdırma qrupu göndərib, apreldə isə qiymətləndirmə missiyası göndərməyi planlaşdırır. Bundan sonra investisiya qoyuluşunun məbləği müəyyən ediləcək.