525.Az

Maqadan vilayətində dörd turist həlak olub


 

Maqadan vilayətində dörd turist həlak olub<b style="color:red"></b>

Rusiyanın Maqadan vilayətində qar uçqunu nəticəsində dörd turist həlak olub, bir nəfər xəsarət alıb.

525.az bu barədə “Report” a istinadən xəbər verir.

"Maqadan vilayətində altı nəfərdən ibarət turist qrupu qar uçqununa düşüb. Nəticədə dörd nəfər həlak olub, bir nəfər xəsarət alıb", - agentliyin müsahibi bildirib.

Onun sözlərinə görə, qrupdan bir turist xəsarət almayıb. Hazırda qrupun müəyyən olunmuş qaydada qeydiyyata alınıb-alınmadığı araşdırılır.

Turistləri təxliyə etmək üçün helikopter göndərilib.

 





27.03.2025    çap et  çap et