Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi – Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.
525.az xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytı məlumat yayıb.
Tərəflər söhbət zamanı Qazaxıstan ilə Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Xüsusi diqqət enerji, sənaye, rəqəmsallaşma kimi prioritet sahələrdə ticarət-iqtisadi tərəfdaşlığın genişləndirilməsinə və Transxəzər nəqliyyat dəhlizinin inkişafına yönəlmiş iri infrastruktur layihələrinin reallaşdırılmasına ayrılıb.
Pərvanə Sultanova