525.Az

"Kəpəz" keniyalı futbolçu transfer etdi


 

"Kəpəz" keniyalı futbolçu transfer etdi<b style="color:red"></b>

"Kəpəz" klubu keniyalı futbolçu Conston Omurvanı transfer edib.

525.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mərkəz müdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

26 yaşlı oyunçu son olaraq Səudiyyə Ərəbistanında “Abha”nın uğurları üçün çalışıb. Keniya millisinə də dəvət alan Omurva Portuqaliyada "Eştrela"nın da formasını geyinib.

 





28.03.2025    çap et  çap et