525.Az

Ançelotti məhkəmə qarşısına çıxacaq


 

Ançelotti məhkəmə qarşısına çıxacaq<b style="color:red"></b>

"Real"ın baş məşqçisi Karlo Ançelotti vergidən yayınma işi ilə bağlı məhkəmə qarşısına çıxacaq.

525.az QOL.az a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İtaliyalı mütəxəssis 2014 və 2015-ci illərdə yalnız klubdakı maaşına görə vergi ödəyib. O, əlavə gəlir mənbələri üçün vergi ödəməkdən yayınıb. Borcun ümumi məbləği 1 milyon 62 min avro təşkil edib. Bildirilir ki, Ançelotti 4 il 9 ay müddətinə həbs oluna bilər.

O, aprelin 2-də Madrid məhkəməsinin qarşısına çıxacaq.

Qeyd edək ki, Ançelotti 2021-ci ildən "Real"ı çalışdırır. Mürəxəssis 2013-2015-ci illərdə də bu komandaya baş məşqçilik edib.

 





28.03.2025    çap et  çap et