525.Az

Peskov: Putin Trampla Ukraynada xarici idarəetmənin tətbiqini müzakirə etməyib


 

Peskov: Putin Trampla Ukraynada xarici idarəetmənin tətbiqini müzakirə etməyib<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışıqları zamanı Ukraynada xarici idarəetmənin tətbiqi ideyası müzakirə olunmayıb.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, telefon danışıqları zamanı bu mövzuya toxunulmayıb.

Peskov qeyd edib ki, Putin Ukraynada xarici idarəetmənin tətbiqi ideyasını ancaq hipotetik şəkildə səsləndirib, ona görə də, təfərrüatlar barədə danışmaq hələ tezdir.

"Prezident vurğulayıb ki, bu, ideyalardan biridir və bu, diqqətdə saxlanmalıdır. Detallara gəlincə, bildiyiniz kimi, prezident dünən heç bir təfərrüat verməyib. Bəlkə də, bu barədə danışmaq hələ tezdir", - Kremlin sözçüsü qeyd edib.

 





28.03.2025    çap et  çap et