525.Az

“Qarabağ” bu mövsüm axır ki, “Turan Tovuz”a qalib gəldi


 

“Qarabağ” bu mövsüm axır ki, “Turan Tovuz”a qalib gəldi<b style="color:red"></b>

Bu gün Misli Premyer Liqasında 2024/25 mövsümündə sonuncu - 4-cü dövrə start götürüb.

525.az xəbər verir ki, çempionatdakı 12 günlük fasilə 28-ci turun bu günə nəzərdə tutulan 1 matçı ilə yekunlaşıb. Lider "Qarabağ" "Turan Tovuz"la qarşılaşıb. Matç ağdamlıların 4:1 hesablı qələbəsi ilə başa çatıb. 

"Qarabağ" turnir cədvəlində 67 xalla 1-ci, "Turan Tovuz" isə 43 xalla 4-cüdür. 

Bu komandalar arasında 1-ci dövrənin oyununda "Turan Tovuz" 1:0 hesabı ilə qalib gəlib. 2-ci dövrənin matçı heç-heçə ilə bitib. 3-cü dövrənin görüşündə də "Turan Tovuz" üstün olub - 2:1. Beləliklə, "Qarabağ" bu mövsüm "Turan Tovuz" üzərində ilk qələbəsini qazanıb. 

28 mart (cümə)

19:35. “Turan Tovuz” – “Qarabağ” - 1:4 

Qollar: Kadi Borqes, 16 - pen. (0:1), Aleks Souza, 30 (1:1), Nəriman Axundzadə, 32 (1:2), Kadi Borqes, 84 (1:3), Aleksey Kaşuk, 90+1 (1:4)

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Tovuz şəhər stadionu

29 mart (şənbə)

16:45. “Neftçi” – “Araz-Naxçıvan”

19:00. “Sumqayıt” – “Sabah”

30 mart (bazar)

16:00. “Kəpəz” – “Səbail”

18:00. “Zirə”– “Şamaxı

 





28.03.2025    çap et  çap et