Myanmada güclü zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə dövlət mediası məlumat yayıb.
Məlumata görə, zəlzələ nəticəsində yaralananların sayı isə 2300-dən çoxdur.
Qeyd edək ki, ötən gün Myanmada 7, 7 və 6,4 bal gücündə iki zəlzələ baş verib.
***
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 838-i keçib.
525.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Zəlzələ nəticəsində yaralananların sayı isə 1670 nəfərə çatıb.
Xatırladaq ki, dünən Myanmada 7,7 və 6,4 bal gücündə ardıcıl iki zəlzələ olub.
Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda da hiss olunub.
çap et