525.Az

Qələbə həsrətli "Malaqa" və pley-off can atan "Zenit" (R)


 

Qələbə həsrətli "Malaqa" və pley-off can atan "Zenit"<b style="color:red"> (R)</b>

www.etopaz.az-da Çempionlar Liqası həyəcanı davam edir. Azərbaycanın yeganə qanuni virtual mərc oyunları dileri bu gün də öz müştərilərinə maraqlı proqram təklif edir. Proqram  saat 16:45-də 19 yaşlılardan ibarət yığmaların oyunlarıyla başlayacaq,

İtaliyanın aşağı liqalarının və Səudiyyə Ərəbistanı çempionatının qarşılaşmalarıyla davam edəcək. Nəhayət, saat 21-də əksər www.etopaz.az müştərilərinin səbrsizliklə gözlədiyi matç başlayacaq. Söhbət Çempionlar Liqasının "Zenit" - "Malaqa" görüşündən gedir. Bu matçın digərlərindən fərqi odur ki, proqnoz həvəskarları bu qarşılaşmaya həm tək, həm də canlı mərc edə bilər. Oyundan əvvəl www.etopaz.az əmsalları belə müəyyənləşdirib: "Zenit"in qələbəsi 1.60, heç-heçə 3.50, "Malaqa"nın zəfəri 4.50. Canlı mərc etmək istəyənlər isə görüşün startını gözləməlidir. Bu zaman əmsallar da oyunun axarına uyğun dəyişəcək. Bu qarşılaşma daha çox ötən gecəki "Qalatasaray" - "Mançester Yunayted" matçını xatırladır. "Mançester Yunayted" kimi "Malaqa" da artıq pley-offa vəsiqəni təmin edib və axşamkı matçın turnir vəziyyəti baxımından bu komanda üçün elə bir əhəmiyyəti yoxdur. "Zenit" isə qrup 2-cisi olmaq üçün qələbə qazanmağa borcludur. Onu da qeyd edək ki, "Malaqa" oktyabrın 31-dən bu yana keçirdiyi son 4 oyunda qələbə üzünə həsrətdir.

Beləliklə, www.etopaz.az müştərilərini bu axşam maraqlı duel gözləyir - bir tərəfdə pley-offa can atan "Zenit", digər tərəfdə növbəti mərhələ vəsiqəni təmin edən, amma ardıcıl 4 oyundur azarkeşlərini məyus edən "Malaqa".

Bu qrupun digər oyunu - "Anderlext" - "Milan" qarşılaşması isə Liqanın digər 6 oyunu kimi saat 23:45-də başlayacaq. Bu görüşdə canlı mərc olmayacaq, amma etopaz.az-çılar qarşılaşmaya tək mərc edə bilər. Hər iki komandanın pley-off şansı qaldığından Brüsseldə amansız mübarizə gedəcəyi şübhə doğurmur. Bu dueldə "Milan"ın qələbəsi 2.30, "Anderlext"in zəfəri isə 2.50 əmsalla dəyərləndirilir. Oyunda qalib müəyyənləşməzsə, heç-heçəyə proqnoz verənlər pullarını 3.10 dəfə artıracaq.
 
"Dinamo Kiyev" - PSJ matçı isə meydan sahibləri üçün pley-off yolunda "son döyüş" kimi dəyərləndirilir. Kiyevlilər qələbə qazanmazsa, Çempionlar Liqası ilə vidalaşacaq. www.etopaz.az müştəriləri bu görüşə də tək mərc edə bilər. Əmsallar isə belədir:  "Dinamo Kiyev"in qələbəsi 2.60, heç-heçə 3.15, PSJ-nin zəfəri 2.25.

Ümumiyyətlə, bu axşam "Arsenal"  - "Monpelye" və "Portu" - "Dinamo Zaqreb" oyunlarından başqa Liqanın digər matçlarına tək mərc etmək olar.
 
Bu günkü proqramın əsas özəlliyi isə də odur ki, gecə saat 4-də belə etopaz.az-çılar üçün tək mərc etməyə oyun var. Belə ki, bu gecə Argentina və Braziliya arasında keçiriləcək  yoldaşlıq matçına proqnoz həvəskarları tək mərc edə bilər.

 





21.11.2012    çap et  çap et