525.Az

Konfrans iştirakçısı: Fransanın kolonial siyasəti nəticəsində kanakların sayı 40 faiz azalıb


 

Konfrans iştirakçısı: Fransanın kolonial siyasəti nəticəsində kanakların sayı 40 faiz azalıb<b style="color:red"></b>

Məqsədimiz Kanakda olan siyasi məhbusların azadlığa çıxmasına nail olmaqdan ibarətdir. Bakı Təşəbbüs Qrupuna bu işdə bizə yardım etdiyinə görə təşəkkürümüzü bildiririk.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda kanakların nümayəndəsi Adue Kristelle deyib. O bildirib ki, Fransanın kolonial siyasəti nəticəsində kanakların sayı 1980-ci ildən başlayaraq 40 faiz azalıb. Siyasi mübarizədə iştirak edən 3500 nəfər həbs edilərək türmələrdə öldürülüb. Fransa hökuməti Kanak xalqının təhsilini, dilini, dinini hər addımda məhdudlaşdırır. Xalqımız təhdid və təzyiqlərə məruz qalır. Kanak xalqını qorxudub, onu müstəqillik yolundan döndərməyə çalışırlar. Lakin kanak xalqı Fransanın müstəmləkə siyasətinə qarşı mübarizəsini davam etdirəcək, müstəqillik yolundan dönməyəcək.

Adue Kristelle Bakı Təşəbbüs Qrupuna belə tədbir keçirib azsaylı xalqların hüququnun qorunmasında iştirak etdiyinə görə minnətdarlığını bildirib.

 





29.03.2025    çap et  çap et