Tailandın paytaxtı Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
525.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Tairath" qəzeti məlumat yayıb.
Bundan əlavə, 10 nəfər xəsarət alıb, 118 nəfər itkin düşüb.
Qeyd olunub ki, ən çox insan - 8 nəfər - Banqkokun şimalında Baş Auditor İdarəsinin tikintisi davam edən binasının uçması nəticəsində həlak olub. Hazırda orada axtarış-xilasetmə əməliyyatı davam edir.
Qeyd edək ki, martın 28-də Banqkokun bir neçə bölgəsində və ətrafında 7,7 maqnitudalı zəlzələ baş verib. Myanmada baş verən zəlzələdən sonra Tailandda 50-dən çox afterşok qeydə alınıb.
çap et