525.Az

Myanmada zəlzələ - Ölənlərin sayı 1 700-ü ötdü


 

Myanmada zəlzələ - <b style="color:red">Ölənlərin sayı 1 700-ü ötdü</b>

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1 700-ü ötüb.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, 3 400 nəfər xəsarət alıb, 300-ə yaxın insan itkin düşüb.

Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tailand Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların maqnitudası 8,2 olub. Zəlzələ Tailand, Çin və Vyetnamda hiss olunub.

 





30.03.2025    çap et  çap et