525.Az

Tonqa sahillərində güclü ZƏLZƏLƏ


 

Tonqa sahillərində güclü <b style="color:red">ZƏLZƏLƏ</b>

Tonqa Krallığının sahillərində 7,1 bal gücündə zəlzələ qeydə alınıb.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanların episentri episentri təxminən 1700 nəfərin yaşadığı Panqay şəhərindən 76 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

 





30.03.2025    çap et  çap et