525.Az

Polşa Belarusla sərhəddə maneələrin modernləşdirilməsini başa çatdırıb


 

Polşa Belarusla sərhəddə maneələrin modernləşdirilməsini başa çatdırıb<b style="color:red"></b>

Polşa-Belarus sərhədi boyunca elektron maneənin və ya videomüşahidə sisteminin modernləşdirilməsi başa çatıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, sərhədin 206 km-lik hissəsində işlər aparılıb, hasarın kənar tərəfinə nəzarət etmək üçün əlavə kamera xətti quraşdırılıb, işıqlandırma yaxşılaşdırılıb.

İşin dəyəri 125 milyon zloti (32,5 milyon ABŞ dolları) təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Polşa hakimiyyəti sərhədi 180 km uzunluğunda 5,5 m hündürlüyündə metal maneə ilə örtüb. Divarın üstü tikanlı məftillə örtülüb. Bütün sərhəd boyunca hərəkət sensorları və bütün hava şəraitinə uyğun video kameraları olan postlar var.

2024-cü ildə bu maneənin təkmilləşdirilməsi üzrə işlərə başlanılıb. Polşanın şərq sərhədini hazırda 6000 əsgər, həmçinin 1500 sərhədçi və polis əməkdaşı qoruyur.

 





30.03.2025    çap et  çap et