525.Az

Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb


 

Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb<b style="color:red"></b>

Tailandın paytaxtı Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə paytaxt administrasiyası yanında zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə qərargah məlumat yayıb.

Bundan əlavə, 76 nəfər itkin düşüb. İtkin düşənlərin hamısı Banqkokun şimalındakı Çatuçak rayonunda Baş Auditor İdarəsinin çökən binasının ərazisində axtarılır. Ümumilikdə bu obyektdə 11 nəfər həlak olub.

Tailand hakimiyyəti təbii fəlakət nəticəsində evləri zərər görənlərə yardım üçün 200 milyon bat (5,8 milyon dollar) fondu təsdiqləyib.

 





30.03.2025    çap et  çap et