525.Az

Finlandiya Prezidenti Trampa aprelin 20-ni Ukraynada atəşkəs tarixi olmasını təklif edib


 

Finlandiya Prezidenti Trampa aprelin 20-ni Ukraynada atəşkəs tarixi olmasını təklif edib<b style="color:red"></b>

Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, o, ABŞ prezidenti Donald Trampa Ukraynada atəşkəs üçün mümkün tarix kimi aprelin 20-ni təyin etməyi təklif edib.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Onun sözlərinə görə, aprelin 20-si heç bir şərt olmadan tam atəşkəs üçün yaxşı vaxt olardı.

Finlandiya lideri qeyd edib ki, o, bu tarixi Pasxa bayramının bu gündə qeyd olunacağı və o vaxta qədər Tramp üç ay ABŞ prezidenti vəzifəsini icra etmiş olacağı üçün təklif edib.

Qeyd edək ki, Stubb Floridada Trampla görüşüb və liderlər qolf oynayarkən ikitərəfli münasibətləri müzakirə ediblər.

 





30.03.2025    çap et  çap et