525.Az

Ərdoğan: “Son 10 gündə baş verən küçə terroru soyğunçuluğu ört-basdır etmək cəhdidir”


 

Ərdoğan: “Son 10 gündə baş verən küçə terroru soyğunçuluğu ört-basdır etmək cəhdidir”<b style="color:red"></b>

“İstanbulda aparılan rüşvət, korrupsiya və terror araşdırmalarını yaxından izləyirik. İstintaq irəlilədikcə, dərinləşdikcə bələdiyyələri səkkizayaqlılar kimi əhatəyə alan cinayətkar təşkilatın əllərinin nə qədər uzandığı təbii ki, bəlli olacaq”.

525.az “Report” a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Ramazan ayının son 10 günündə baş verən hadisələr və küçə terroru soyğunçuluğu ört-basdır etmək cəhdindən başqa bir şey deyil.

“Məhkəmə heyəti üzvlərimizə onların ailələrinə və uşaqlarına hədə-qorxu gələrək onlara təzyiq göstərmək cəhdləri indiyədək nəticəsiz qalıb. Millətimiz tələni gördü və təxribatçıların toruna düşmədi. Bu münasibətlə öz vəzifələrini böyük sədaqətlə, səbr və soyuqqanlılıqla yerinə yetirən hüquq-mühafizə orqanları əməkdaşlarımızı bir daha təbrik etmək istəyirəm”.

 





30.03.2025    çap et  çap et