525.Az

Qızıl və gümüş bahalaşıb


 

Qızıl və gümüş bahalaşıb<b style="color:red"></b>

Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti yenidən tarixi maksimumu yeniləyərək 3 150 dolları ötüb.

525.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,31% artaraq 3 155 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,77% artaraq 35,083 ABŞ dollarına bərabər olub.

 





31.03.2025    çap et  çap et