525.Az

Putin orduya 160 min nəfərin çağırılması barədə fərman imzalayıb


 

Putin orduya 160 min nəfərin çağırılması barədə fərman imzalayıb<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin orduya yaz çağırışı ilə bağlı fərman imzalayıb.

525.az APA-ya istinadən xəbər verir ki, fərmana əsasən, Putin bu ilin aprel-iyul aylarında 160 min nəfərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

Bu ilin aprelin 1-dən iyulun 15-ə qədər yaşı 18-30 arası olan Rusiya vətəndaşları hərbi xidmətə çağırılacaqlar.

 





31.03.2025    çap et  çap et