525.Az

Azərbaycanlı hakim Avropa çempionatı oyunlarına təyinat aldı


 

Azərbaycanlı hakim Avropa çempionatı oyunlarına təyinat aldı<b style="color:red"></b>

FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

525.az AFFA-nın saytına istinadən xəbər verir ki, F.Lütfəliyeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının II seçmə mərhələsinin B Liqasında keçiriləcək oyunları idarə edəcək.


O, 2-ci qrup çərçivəsində aprelin 1-də Farer adaları – Moldova, 7-də Moldova – Kipr matçlarının baş hakimi olacaq. FIFA referisi aprelin 4-də Estoniya – Moldova qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Gülnurə Əkbərzadə isə həmin görüşlərin köməkçi hakimi olacaq.

Qeyd edək ki, qrupun oyunları Moldovada təşkil olunacaq.

 





31.03.2025    çap et  çap et