525.Az

Rusiyada yoxsulluğun artımı qeydə alınıb


 

Rusiyada yoxsulluğun artımı qeydə alınıb<b style="color:red"></b>

Rusiyada yoxsulluq və borc yükünün artımı qeydə alınıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin (MTQPM) təhlilində bildirilib.

Qeyd olunub ki, Rusiya iqtisadiyyatındakı mənfi tendensiyalar uğurları üstələyir.

Təhlildə mənfi amillər sırasında əhalinin yoxsul təbəqəsinin daha da yoxsullaşması və borc yükünün artması əks olunub.

Vurğulanıb ki, aşağı gəlirli əhalinin istehlak səbətində (ilk növbədə ərzaq) inflyasiya əhəmiyyətli dərəcədə artıb.

"Müvafiq olaraq, yoxsul əhalinin faktiki rifah göstəricisi hələ bir il əvvəlki səviyyədən aşağıdır", - MTQPM-nin təhlilində bildirilib.

 





01.04.2025    çap et  çap et