525.Az

Türkmənistan 2026-cı ilə qədər Qırğızıstana elektrik enerjisi tədarük edəcək


 

Türkmənistan 2026-cı ilə qədər Qırğızıstana elektrik enerjisi tədarük edəcək<b style="color:red"></b>

Qırğızıstan Türkmənistanla 2026-cı ilə qədər elektrik enerjisi tədarükünə dair müqavilə imzalayıb.

525.az yeli KİV-ə istinadən xəbər verir ki, bu barədə energetika naziri Taalaybek İbrayev bildirib.

Onun sözlərinə görə, gələn il elektrik enerjisinin tədarükü ilə bağlı Rusiya, Qazaxıstan və Özbəkistanla da danışıqlar aparılır. Artıq bütün bu ölkələrlə 2025-ci il üçün müqavilələr var. O, idxalın həcmini açıqlamayıb.

2024-cü ilin göstəricilərinə əsasən Qırğızıstan 3 milyard 634,4 milyon kilovat-saat elektrik enerjisi idxal edib.

Pərvanə Sultanova

 





01.04.2025    çap et  çap et