525.Az

Sorğu: Jordan Bardella - Fransada prezident seçkilərində qələbəyə əsas namizəddir


 

Sorğu: Jordan Bardella - Fransada prezident seçkilərində qələbəyə əsas namizəddir<b style="color:red"></b>

Fransada ifrat sağçı "Milli Birlik" Partiyasının lideri Jordan Bardella qarşıdan gələn prezident seçkilərində əsas favoritdir.

525.az “Report” a istinadən xəbər verir ki, bu nəticə “Toluna Harris Interactive” tədqiqat şirkətinin RTL kanalı üçün keçirdiyi sorğunun yekunlarına əsasən müəyyən olunub.

Məlumata görə, Bardella 2027-ci ildə keçiriləcək prezident seçkilərində "Milli Birlik" fraksiyasının lideri Marin Le Peni əvəz edərsə, birinci turda fransızların 35-36 faizi ona səs verməyə hazır olduğunu bəyan edib.

"Milli Birlik"in rəhbərini Fransa seçicilərinin 23-25 ​​faizinin dəstəyi ilə keçmiş baş nazir Eduard Filipp izləyir.

Üçüncü yerdə 13 faiz ilə ifrat solçu siyasətçi Jan-Lyuk Melenşon qərarlaşıb.

Xatırladaq ki, Le Pen beş il müddətinə seçki hüquqlarından məhrum edilib. O, növbəti prezident seçkilərində namizədliyini irəli sürə bilməyəcək.

 





01.04.2025    çap et  çap et