525.Az

Zədələnən Haalandın durumu açıqlandı


 

Zədələnən Haalandın durumu açıqlandı<b style="color:red"></b>

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola zədəli futbolçusu Erlinq Haalandın durumu ilə bağlı danışıb.

QOL.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında deyib:

"Həkimlər mənə dedilər ki, Haaland 5-7 həftə yaşıl meydanlardan kənarda qalacaq. Buna görə də, ümid edirəm ki, mövsümün sonuna və klublararası dünya çempionatına qədər  hazır olacaq" - deyə Qvardiola bildirib.

Qeyd edək ki, Haaland bu mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 40 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib. 

 





01.04.2025    çap et  çap et