525.Az

Quldurlar şəhəri ələ keçirib yüzlərlə dustağı azad etdilər


 

Quldurlar şəhəri ələ keçirib yüzlərlə dustağı azad etdilər<b style="color:red"></b>

Hadisə dünən axşam Haitidə baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlarla yaxşı silahlanmış quldur Mirebale şəhərini ələ keçiriblər.

Yerli həbsxanada cəza çəkən yüzlərlə məhbusu azad edən silahlılar bu neçə nəfərin ölümünə səbəb olublar. Bundan başqa, yerli polis bölməsini də yandırıblar.

Haiti milli polisi şəhərdə vəziyyətə nəzarəti ələ almaq üçün əraziyə xüsusi hazırlanmış qrup göndərib.

Qeyd edək ki, bir neçə gün əvvəl quldurlar yerli sakinlərə şəhəri ələ keçirəcəkləri barədə xəbərdarlıq etmişdilər. Görünür, yerli hakimiyyət orqanları sakinlərin onlara bu barədə verdikləri məlumatı ciddiyə almayıblar.

L.Tağıyeva

 





01.04.2025    çap et  çap et