525.Az

Avtomobili insanların üstünə sürdü


 

Avtomobili insanların üstünə sürdü<b style="color:red"></b>

Yaponiyada minik avtomobili insanların sıx olduğu yerdə ağır qəza törədib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Naqoya şəhərində baş verib.

İnsanların sıx hərəkətdə olduğu iki küçənin kəsişməsində idarəetməni itirən sürücü avtomobili piyadalara, daha sonra beton dayağa çırpıb.

Nəticədə azı 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb. Onlardan biri körpədir.

Qeyd edək ki, qəza törədən sürücü xəsarət almayıb və polis tərəfindən saxlanılıb.

L.Tağıyeva

 





01.04.2025    çap et  çap et