525.Az

Avstriyada avtomobil qəzasında 4 ukraynalı həlak oldu 


 

Avstriyada avtomobil qəzasında 4 ukraynalı həlak oldu <b style="color:red"></b>

Avstriyada Ukrayna vətəndaşlarını daşıyan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 4 ukraynalı həlak olub, 6 nəfər isə xəsarət alıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yaralılardan 4-nün vəziyyəti ağırdır.

Hadisə bu gün səhər, yerli vaxtla 06.30-da (Bakı vaxtı ilə 09.30) Noynkirhen əyalətində, A2 trassında baş verib. Əraziyə çox sayda xilasedici və polis əməkdaşı gəlib. Yaralıları xəstəxanalara çatdırmaq üçün 3 helikopter cəlb olunub.

Qəzadan sonra trassda böyük tıxac yaranıb. Tıxacın uzunluğu 1 kilometri aşıb.

Yeri gəlmişkən, yük avtomobilinin 2 perulu sürücüsü də ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, sürücülərdən hansının günahkar olduğu barədə məlumat verilmir. Yerli polis qəzanın baş vermə səbəblərini araşdırır. 

L.Tağıyeva

 





01.04.2025    çap et  çap et