525.Az

Qənirə Paşayeva İraq Türkmənlərinin təmsilçiləri ilə görüşüb


 

Qənirə Paşayeva İraq Türkmənlərinin təmsilçiləri ilə görüşüb<b style="color:red"></b>

Bakıda səfərdə olan tanınmış İraq-Türkmən yazıçıları – Türkmən millət vəkili, İraq-Türkman Ədəbiyyatçı və Yazarlar Birliyinin (İTƏYB) başqanı Əsat Ərbil (Əsat Şakir Əmin) və “Türkman Reform” Radiosunun direktoru, İTƏYB-in tanınmış simalarından olan Riyaz Dəmirçi bu gün Azərbaycan-İraq Parlament¬lərarası Dostluq Qrupunun üzvü, “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) sədri dr. Qənirə Paşayeva ilə görüşüblər.

525.az-ın məlumatına görə, qonaqları Bakıda salamlamaqdan məmnun olduğunu deyən xanım Paşayeva, İraqda yaşayan soydaşlarımızla Azərbaycan Respublikası arasında qardaşlıq bağlarının daha da möhkəmlənməsinin zəruriliyindən; ədəbi və elmi əlaqələrin güclənməsi, yeni-yeni mənəvi körpülərin inşa edilməsinin önəmindən danışıb. Cari ildə ABAİ İB-in təşkilatçılığı ilə Azərbaycanda keçirilən “İraq-Türkman Ədəbiyyat-Sənət Həftəliyi” və digər ortaq tədbirlər, qar¬şılıqlı səfərlər haqqında danışan Qənirə Paşayeva hər yeni görüşün, yeni səfərin bir başlanğıc olduğunu vurğulayıb.

Özünün də dəfələrlə İraqda yaradıcı səfərdə ol¬duğunu qeyd edən xanım millət vəkili bir-birimizin problemlərimizi dilə gətirməyin, əsərlərdə əks etdirməyin ümumi işin, Türk Dünyasının, ümumən insanlığın xeyrinə olduğuna inandığını deyərək, iki ünlü yazarın bu səfərinin də təsirsiz olmayacağını deyib.

Əsat Ərbil və Riyaz Dəmirçi Qənirə Paşayeva ilə görüşdən məmnun olduqlarını qeyd edərək, Azərbaycana səfərdən zəngin təəssüratlarla ayrılacaq¬larını, Bakını, Azərbaycanı özlərinə doğma ünvan – qardaş evi bildiklərini xüsusi vurğulayıb, Azərbaycanın problemlərini, uğurlarını öz canlarında hiss etdiklərini deyiblər.

 





21.11.2012    çap et  çap et