525.Az

"Betmen" dünyasını dəyişdi


 

"Betmen" dünyasını dəyişdi<b style="color:red"></b>

1995-ci ildə ekranlara çıxmış "Əbədi Betmen" filmində "Betmen" rolunun ifaçısı, aktyor Vel Kilmer dünən 65 yaşında dünyasını dəyişib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə aktyorun qızı Mersedes Kilmer məlumat verib. 

Vel Kilmerin ölümünə səbəb pnevmoniya olub.

Qeyd edək ki, 1959-cu il dekabrın 31-də Los-Ancelesdə dünyaya gələn Vel Edvard Kilmer aktyorluq karyerası ərzində 90-a yaxın filmə çəkilib. Onu daha da məşhur edən məhz "Betmen" rolu olub.

L.Tağıyeva

 

 





02.04.2025    çap et  çap et