525.Az

ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Azərbaycana gəlib


 

ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Azərbaycana gəlib<b style="color:red"></b>

ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Erik Ceykobs Azərbaycana gəlib.

525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində o, cümə günü Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci Nazirlər Görüşündə açılış nitqi ilə çıxış edəcək:

"Səfəri zamanı baş məsləhətçi hökumət rəsmiləri, enerji sektorundakı liderlər və sahə mütəxəssisləri ilə görüşəcək, enerji təhlükəsizliyinin əhəmiyyətini müzakirə edəcək, ABŞ-nin enerji liderliyini vurğulayacaq və hər iki ölkə üçün enerji bolluğu və daha böyük rifahı ortaya çıxarmaq imkanlarını araşdıracaq".

 





02.04.2025    çap et  çap et