525.Az

Karlo Ançelotti vergidən yayınma iddiası ilə məhkəməyə çağırılıb


 

Karlo Ançelotti vergidən yayınma iddiası ilə məhkəməyə çağırılıb<b style="color:red"></b>

İspaniyanın “Real” klubunun baş məşqçisi Karlo Ançelotti vergidən yayınma iddiası ilə məhkəməyə çağırılıb.

525.az "Report" a istinadən xəbər verir ki, italiyalı mütəxəssis ittiham irəli sürən tərəflə danışıqlar aparmağı planlaşdırmır.

Prokurorluq 65 yaşlı baş məşqçi üçün 4 il 9 ay həbs tələb edir.

Mənbə bildirir ki, Ançelotti 2014-2015-ci illərdə yalnız klubdakı maaşından vergi ödəyib, əlavə gəlir mənbələrinin ödənişlərindən isə boyun qaçırıb. Borcun ümumi məbləği 1 milyon 62 min avro təşkil edir.

Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ildən "Real"ı çalışdırır.

 





02.04.2025    çap et  çap et