525.Az

Çin qrupu Myanmada axtarış-xilasetmə əməliyyatı həyata keçirir


 

Çin qrupu Myanmada axtarış-xilasetmə əməliyyatı həyata keçirir<b style="color:red"></b>

Çinin Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilən axtarış-xilasetmə qrupu Myanmanın zəlzələdən ağır zərbələr almış Mandalay şəhərində axtarış-xilasetmə əməliyyatı həyata keçirib.

525.az Çin mediasına istinadən xəbər verir ki, onlar Honq-Konq Xüsusi İnzibati Bölgəsindən olan xilasetmə qrupu ilə birgə dağılmış Sky Villa kompleksinin yerində axtarış işləri aparıblar.

Birgə əməliyyatda “snake-eye” videoendoskoplar, radar sensorları olan panoramik kameralar və dronlar da daxil olmaqla müxtəlif avadanlıqlardan istifadə edilib. Xilasedicilər hadisə yerində pilotsuz uçuş aparatlarından istifadə edərək xilasetmə işlərinin təhlükəsizliyini təmin etmək üçün vəziyyəti qiymətləndiriblər.

Birgə əməliyyatda 24 xilasedici iştirak edib.

Qeyd edək ki, martın 28-də yerli vaxtla saat 13:20-də Myanmada 7, 7 maqnitudalı zəlzələ baş verib. Təbii fəlakət nəticəsində ölənlərin sayı 3 minə yaxınlaşıb.

Pərvanə Sultanova

 





02.04.2025    çap et  çap et