525.Az

"Xarici ölkələrin jurnalistikası tarixi" ikinci nəşri işıq üzü gördü


 

"Xarici ölkələrin jurnalistikası tarixi" ikinci nəşri işıq üzü gördü<b style="color:red"></b>

Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin "Xarici ölkələrin jurnalistikası tarixi" dərsliyinin ikinci  nəşri "Zərdabi  LTD" nəşriyyatında çapdan çıxıb.

Azərbaycan  Respublikası Təhsil Nazirliyinin  əmri ilə dərslik kimi təsdiq edilmiş 40 çap vərəqi həcmində olan kitabda qədim dövrdən XX əsrin axırlarınadək dünya jurnalistikası tarixindən xronoloji ardıcıllıqla bəhs edilir, kütləvi informasiya vasitələrinin tipoloji inkişafı prosesi nəzərdən keçirilir, müxtəlif ölkələrin və xalqların sosial, qarşılıqlı mədəni fəaliyyətinin xüsusiyyətləri , ümumi inkişaf  meylləri göstərilir.

Dərslik universitetlərin jurnalistika fakültələrinin, filologiya fakültələrinin və humanitar fakültələrin jurnalistika şöbələrinin  tələbələri , magistr , dissertant və doktorantları , xarici ölkələrin jurnalistikası tarixini  tədris edən müəllimlər, habelə dünya jurnalistikası tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, "Xarici ölkələrin jurnalistikası tarixi" kursu jurnalistika təhsili sistemində ixtisas fənlərinin tərkibində xüsusi əhəmiyyət kəsb edir. Təqdim olunan kitab 14 fəsildən ibarətdir. Bu fəsillərdə kütləvi informasiyanın tarixi təşəkkülündə əsas anlayışlar və kateqoriyalar, o cümlədən "İnformasiya", "Kommunikasiya", "Publisistik”a,  "Jurnalistika", "Təbligat" terminləri,  onların müasir əhəmiyyəti, şifahi publisistika, kitab çapının kəşfinin informasiya vasitələrinin  inkişafında rolu barəsində geniş məlumat verilir.

Dərsliyin  elmi redaktorları filologiya elmləri doktoru, professor Nəsir Əhmədli və filologiya üzrə  fəlsəfə doktoru dosent Vüqar Əliyevdir.

 





09.12.2014    çap et  çap et